


Yarandığı gündən müasir texnoloji imkanlara yiyələnərək inkişaf etməyi hədəfləyən şirkətimiz 30 ilə yaxın bir zamandır daim yenilənən tələbatı və müştəri istəklərini nəzərə almaqla etik, milli-mənəvi dəyərlər və qanunvericilik çərçivəsində fəaliyyət göstərir.
Keyfiyyət və dəqiqlik prinsipləri üzərində qurulan işimiz bacarıqlı və çevik komandamız tərəfindən müştəri məmnuniyyəti ilə yürüdülməkdədir.
Sifarişçilərimizi maraqlandıran məsələləri peşəkar, yaradıcı və optimal həll etməklə onların biznes və fəaliyyətinə verdiyimiz töhfələri ən böyük uğurumuz, qazancımız hesab edirik.
Ölkəmizin nəşriyyat və poliqrafiya məkanında olmaqdan, Sizlərlə əməkdaşlıq etməkdən zövq duyuruq.
Konsepsiya – lazım olan məhsulu, onun görünüşünü,
təsvirini təyin etmək üçün düşünülmüş planlı fəaliyyət modelidir.
Dizayn (qrafik dizayn) – mətn, fotoqrafiya, illüstrasiya və simvolları kombinasiya edərək loqo, afişa, qablaşdırma,
kitab, jurnal və s. məhsullar üçün axtarılan formanı müəyyənləşdirmək– düşüncəni vizuallaşdırmaq fəaliyyətidir.
.
Çapa hazırlıq – kompüterdə hazırlanmış işin son yoxlanması, pdf faylın hazırlanması,
rənglərə ayrılması (Rip), qəlib çıxışının alınması (ctp) və çapa hazırlanması mərhələsidir.
Məhsullar çap üçün necə işlənilir, pdf fayl necə hazırlanmalıdır?
İstehsal – məhsulun çap olunub emal prosesindən keçirilərək hazırlanmasıdır
(qatlama və yığım, laminasiya, fiqur kəsim, tikiş, lak, basqı və qabartma, termoyapışqan və karton cildləmə, qablaşdırma)
.
Nəşriyyat – kitab, jurnal, broşür, albom, plakat, buklet və digər yayım məhsullarının hazırlanması (və yayımından ibarət olan) mədəniyyət müəssisəsidir.
Nəşriyyatımız tərcümə, mətnlərin yığılması, korrektura, redaktə, dizayn, tərtibat, eləcə də, nümunə nüsxə hazırlanması,
çapaqədərki hazırlıq xidmətlərini göstərməkdədir.
Poliqrafiya – çap məhsulları istehsalını əhatə edən sənaye sahəsi, mətbəə – bu prosesin həyata keçirildiyi müəssisədir. İstehsal proseslərimiz: çapa qədərki – işin və qəliblərin hazırlanması; çap – ofset, rəqəmsal və trafaret; çapdan sonrakı – qatlama və yığım, laminasiya, fiqur kəsim, tikiş, lak, basqı və qabartma, termoyapışqan və karton cildləmə, qablaşdırma ardıcıllıqları ilə aparılmaqdadır.
CTP – işin kompüterin yaddaşından birbaşa lazer həkkolunma ilə qəlib üzərinə çəkilməsi müasir texnologiyasıdır. Ofset çapı üçün lazım olan qəliblərin bu üsulla hazırlanması keyfiyyəti artırmaqla yanaşı, prosesin zamanını da xeyli azaltmış olur. CTP bölməmizdə 1030x820 mm, 745x605 mm, 650x530 mm, 510x400 mm, 490x370 mm və digər ölçülərdə qəliblər hazırlanmaqdadır.
Həftə içi 5 gün 09:00 – 18:00
AZ1122, Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 78C (“Qələbə” dairəsinə yaxın, Dövlət Sosial Müdafiə Fondunun sağ arxa tərəfi)
+994 12 497 70 21
+994 70 497 70 21